Əsas məzmuna keç

Qoşma

Salarsan

Zəlimxan Yaqub

1

Eşqimi dağlara verən gözəlim, Bu dəfə yolunu bizdən salarsan. Çox da yüksəklərə getməsin ağlın, İndi də meylini düzdən salarsan.

Gələrsən, qızarıb söküləndə dan, Közərəndə könül, alışanda can. Mənim yorğanımı oddan-alovdan, Mənim döşəyimi közdən salarsan.

Sükut meydanında xəyal yas tutar, Gəlməzsən, sinəmdə ürək pas tutar. Hardasa gözünü ehtiras tutar, Gözlə, məhəbbəti gözdən salarsan.

1975, 4 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.