Salamat qalar
Cərrah bıçağından al-qan tökülər, Xəstə gah can alar, gah da can verər. Bir yer ağrısa da, min yer göynəyər, Ağrı min tərəfə həyəcan verər.
Ağrılar canına odtək dolanda, Dişini dişinə sıxar kişilər. Öldürər ölümü öz qüdrətiylə, Ölümün ağzından çıxar kişilər.
Mərdlərin önündə əsər dizləri, Əzrayıl özü də donar, mat qalar. Kişi xəstələnər, kişi ağrıyar, Kişilik həmişə salamat qalar.
2012 Almaniya, Hannover