Salamat qal, ay cavanlıq
Bir zamanlar gücüm vardı, Şir ağzından tac almağa. Çox güclülər can atardı Gəlib məndən güc almağa.
Cənnət idi məkanımız, Tanrı idi təkanımız. Vardı hər cür imkanımız, Dərgahlara ucalmağa.
Heyif gənclik, vay cavanlıq, Varmı sənə tay, cavanlıq? Salamat qal, ay cavanlıq, Mən gedirəm qocalmağa.
2002, 6 avqust