Əsas məzmuna keç

Müstəzad

Sal bürqəyi üzündən, əya surəti-rəhman

İmadəddin Nəsimi

1

Sal bürqəyi üzündən, əya surəti-rəhman, Tərh eylə gümani, Hər kim ki, camalın görə, ey xosrovi-xuban, Qurban edə cani. Fariğ degiləm şövqi-rüxündən, dünü gün mən, Yanmaqdayam, ey dost! Yə’qubsifət qılma məni zarü pərişan, Ey Yusifi-sani! Aramım ilə, əql ilə imanü dilü din, Kimdir, sənəma, sən! Hər kim ki, gətirməz xət ilə xalına iman, Kafir derəm ani. Rəhm eylə, əya sərvəri-xuban ki, fəqirəm, Sən şahi-qənisən, Ol xalü xətin aşiqə həm qiblə, həm iman, Ey bəhri-məani. Hər kim ki, səni həq deyibən səcdəyə enməz, Inkara düşübdür. Qıl həzrətinizdən anı mərdud çü şeytan, Ol üzü qərani. Pərvanəsifət şəm’i-rüxün narına yandı, Ey dust, Nəsimi. Rəhm eylə ana, lütf elə, ey sərvəri-xuban, Yandırmagil ani.

______________________Milli Kitabxana_______________________

Lüğət: Fariğ – Boş, qayğısız; Sani – İkinci; Bəhr – Dəniz; Məani – Mə’nalar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.