Əsas məzmuna keç

Sərbəst şeir

Sabah sizin olmayacaq

Zəlimxan Yaqub

1

Gülüşü əsirgəməyin dodağınızdan, İçənlər qoy ovuc-ovuc içsin. Sevgini əsirgəməyin bulağınızdan, Ömür adlı çəməndən Bal süzün, qaymaq çəkin. Ağlayanla hönkürün, Gülənlə şaqqanaq çəkin. Sevindirin ürəkləri, Güldürün baxışları. Qoy ömürlər uzansın, Artırın duaları, Çoxaldın alqışları. Ovundurun qocaları, Gülləndirin uşaqları, Qoy xoş söz eşitsin İnsan oğlunun qulaqları. Ömür dünyanı tutmaq üçün deyil! Beş-on günlük möhlətdi – İnsanlığı, insanı, hər gün sınağa çəkən İmtahandı, fürsətdi. Bu gün nə eyləsəniz, Allahdan icazədi, izindi. Sabah Tanrıdan ixtiyar, Allahdan izin olmayacaq. Bu gün sizin olanların heç biri, Sabah sizin olmayacaq!

2010, 22 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.