Əsas məzmuna keç

Heca şeiri

Ruzu

Zəlimxan Yaqub

2

Susuzam, su gətir, su, Yanğılı ürəyimə Səpsərin su çiləmək, Qəlbin ən xoş arzusu. İçmək istərəm səni, Su kimi damla-damla. Süzül damarlarıma, Asta-asta, aramla. Susuzam, su gətir, su, Dirilik çeşməsini, Baxışlarından içmək – Nə böyük sərvətdi bu. Susuzam, su gətir, su, Sən verən sudan olsun, Qoy şairin qisməti, Qoy şairin ruzusu!

2006, 4 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.