Rüsva cahandan
Könüllər köşkündə biqəm oturan, On iki kişi var rüsva cahandan. Arif olub dünyaya söz yetirən, Gap edərmiş yetmiş iki zəbandan.
Yalavac oturmuş haqqı zarlayıb, Fələk onu dan-səhərlər varlayıb, Gündüzü uçarmış göyə parlayıb, Çox lənət tökərmiş yerə asmandan.
Zəbərdəst pirlərə olmuş xəlifə, Gündə beş vəqt uçub gedər məğribə, Zəmindən əzm edər ol afitaba, Ağlın yetsə soruş bunu Qurandan.
Doqquz il su içməz, nə də aş yeməz, İyirmi beş il gəzər, cahana enməz, Əlli il yaş tökər, gecələr dinməz, Tökən yaşın, varıb sorar ümmandan.
Səksən dörd qulu var, yetmiş əyalı, Yenə yüz beşində qalmış xəyalı, Dünyaya sığmayır dövləti-malı, Ot yeməz heyvan tək doymayır nandan.
On beş ağ öy qurub, taxtın saldırmış, Yeddi minarəni başdan qaldırmış, Nərə çəkib aləmə od doldurmuş, Onca sorub, gözü doymayır qandan.
Gözündə od yanar, ağzında tütün, Gecələr yeyərmiş özü öz ətin. Qoparıb sağ gözün, sağala çətin, Üstünə gələndə keçər imandan.
Məxdumqulu, ağlı olan söz kəsər, Başqası söz desə, ol nəcis əsər, Kim bilir, ol nərsə dünyanı basar, Çoxu naümiddir cəsəddə candan.