Ruhun gücü
Mən ruhuma arxayınam, qüvvətim, gücüm onda, Ən möhtəşəm müdafiə, ən qəti hücum onda. Ancaq ruhun gücü yetər min illərə çatmağa, Min il yatmış duyğuları yenidən oyatmağa. Ömrüm boyu baş əymədim bir yağıya, bir yada, Ruhum çəkib çıxardacaq, gəmim batsa dəryada.
2010, 20 may