Əsas məzmuna keç

Gəraylı

Ruhumun qardaşı

Zəlimxan Yaqub

2
Zakir Fəxriyə

Həsrətin rənginə qurban, Gecikən zənginə qurban, Səsin ahənginə qurban, Yandı bağrım başı, Zakir.

Başımızı yağı qatıb, Dərdin ağır çağı qatıb, Zaman elə ağı qatıb, Yemək olmur aşı, Zakir.

Verən hökmünü sərt verdi, Əcəl adlı namərd verdi, Tale sənə bir dərd verdi, Ömrün boyu daşı, Zakir.

Sevinclə aramız sərin, Qəm ağırdı, yara dərin, Bizdən sonra gələnlərin Çatılmazmı qaşı, Zakir.

Biz çəkirik ahı, yası, Silmək olmur candan pası, Ürəyimin bir parçası, Ruhumun qardaşı, Zakir.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.