Əsas məzmuna keç

Heca şeiri

Ruhuma yad heç nə yoxdu

Zəlimxan Yaqub

1

Duman bir iş görə bilmir, Mən görürəm ulduzumu, Dumanlar, sislər içində. Ruhuma yad heç nə yoxdu, Yaşayıram ən işıqlı, Ən doğma kəslər içində. Yamanlıq bata bilmədi, Yaxşılara könül verdim, Yamanlar, pislər içində. Az qalıb dan sökülməyə, Gecə bir şair doğacaq, Müqəddəs hisslər içində.

2003, 20 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.