Ruhum – Tanrım
Səndən sənə ərz eyləyən dilimi kəs, Sənə sarı uzatdığım əlimi kəs. Sındır məni, pəsimi kəs, zilimi kəs, Tək ruhumun bağlarını kəsmə, Tanrım.
Duyğuların bağbanı sən, bağı mənəm, Ruhum varsa, eşqin uca dağı mənəm. Ruhum varsa, min illərin sağı mənəm, Ruhum üstən acı yeltək əsmə, Tanrım!
Ruhsuz qalan baş-bədəni neyləyirəm, Key baxışı, daş bədəni neyləyirəm, Mən yoxamsa, onda səni neyləyirəm, Özündən küs, onda məndən küsmə, Tanrım!
2002, 26 may