Ruh bədəndə gözəldir
Zirvə yarışlarında qoca qartallar yorub, Qəlbim qədər döyünən, çırpınan bir quşmu var? İldırımlar nə qədər iti çaxırsa çaxsın, Mənim fikrimdən yeyin göylərdə uçuşmu var?
Dözəsən şimşəklərin tufanına, oynuna, Dost kimi qol salasan zirvələrin boynuna. Baş gərək baş vurasan üfüqlərin qoynuna, Başsız başın içində ağılmı var, huşmu var?
Dən sünbüldə bərkiyər, sünbül dəndə gözəldir, Nur gözdə, qan damarda, ruh bədəndə gözəldir. Saf ürək, salamat can, sağlam bəndə gözəldir, Nəfəs candan çıxdısa, ömrə qurtuluşmu var?
2009, 30 yanvar