Əsas məzmuna keç

Qoşma

Rəvan oldu

Məxdumqulu Fəraqi

1

Məkkədən çıxdı bir gözəl, Mədinəyə rəvan oldu. Görən tac etdi sərinə, Görməyən bağrı qan oldu.

Haqdan ona endi kəlam, Adı şam, çirağül-islam, Müti oldu cümlə aləm, Böylə sahib zaman oldu.

Dosta yetdi vara-vara, Yeddi göyü yara-yara, Hər kim münkirdir ol ərə, Kafirdir, biiman oldu.

Əl götürüb, rəsul ağlar, Saraldı qönçələr, bağlar, Bədr vuruşında dağlar Yeddi ayla duman oldu.

Səf çəkdi batır bəngilər, Döyüşə çıxdı zəngilər, Qana batdı üzəngilər, Əlinin dəsti qan oldu.

Müqadil etmədi təşviş, Əli ilə saldı döyüş, Torpaq, dəmir, polad, gümüş, Qalaları viran oldu.

Məxdumqulu, Rumistana, Çaldı qılınc Hindistana, Bədəxşana, Türküstana, Yeddi iqlimə xan oldu.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.