Rəbbiyül-əla
Ey əmrindən asman indi rükuda, Sənası: «Sübhana, rəbbiyül-əla». Bərdər olub yer də vardı sücuda, Səcdədən sər pozmaz, deyər «Ya Mövla».
Adəmə qəzadır, hay ismin – həlva, Zəmin sənə döndü, asman həm dəlvə, Ol sənə eyləcək camalın cilvə, Zövqi-vəslin çölü döndərdi dərya.
Ey zatından əla eylədi əkbər, Möminə miratın, mirata bənzər, Sən sanki məhtabsan, əshabın əxtər, Tapdı onun tacı ilən ihtida.
Ağıldan bidərdlər füzundur, əzhər, Oldu huş əhlinə hər vərəq dəftər, Həmdinə mövcudat olubdur əzbər, Hər biri bir ayrı dil ilə guya.
Yerində yox ikən, iki cahanı Qüdrətdən var etdin bir dəmdə anı, İradən eyləmiş işbu dükkanı, Bu bazara sənsən danayu bina.
Fəraqi fanidən fərş fərq etmiş, Bəni-insan yeri cürmə qərq etmiş, Zər zövqün can xofu rizə tərk etmiş, Mənşeyi-bəlada mənzili-məva.