Rəbbim cəlil
On səkkiz min aləm əhlin var edən rəbbim cəlil, Döndərib dərgahinə həm zar edən rəbbim cəlil, Qüdrət ilə ərş öyün dövvar edən rəbbim cəlil, Heybət ilə fərş öyün həmvar edən rəbbim cəlil, Əmr edib, bir beyzayı ənvar edən rəbbim cəlil.
Ayrı sevdaya salıban rayini hər bəndənin, Xoş əcəb səriştə birlə mürdənin, həm zindənin, Meşələr içrə arslan hər yırtıcı dərrəndənin, Yer üzündə hər nə var, murü mar-cünbəndənin, Rizqini təqsim edib, təyyar edən rəbbim cəlil.
Neçə peyğəmbərlərə qıldın ətayi-dövləti, İmtihan edib neçə qullara dərdi-möhnəti, Lütf edibən vercək ol Musaya fəthi-nüsrəti, Dinə dəvət eyləcək, fironun artıb şirkəti, Hamını bu cahanda xar-zar edən rəbbim cəlil.
Kimi dərviş eyləmiş, guya tənində canı yox, Kimi yüz işrət ilən, kimin yeməyə nanı yox, Kimləri Qarun kimi yığmış, xeyr-ehsanı yox, Həm o dünya, həm bu dünya kimlərin ərmanı yox, Kimlərin yerin əzabi-nar edən rəbbim cəlil.
Ey xuda, Məxdumquluya lütfi-ehsan eyləgil, Hamı ümmət cürmünü əfvində yeksan eyləgil, Dünya axır məqsədim sən gəl də asan eyləgil, Kəşf edib elmi-lədunu, əhli-irfan eyləgil, Bixəbər dillərə sir aşkar edən, rəbbim cəlil.