Rahat öləsən
Yazıq o insanın taleyinə ki, Dostu üz döndərə, yar xain çıxa. İlan başı kimi qalxa xəyanət, Hər daşın altından bir xain çıxa.
Ömrü ömürlərə nurtək böləsən, Baxanlar görə ki, nursan, şöləsən. Ölüb-gedəndə də rahat öləsən, Ruh candan çıxanda arxayın çıxa.
2000, 23 avqust