Əsas məzmuna keç

Gəraylı

Quzukənd

Zəlimxan Yaqub

1

Kəndi çoxdu Ağbabanın, Heyranıyam Quzukəndin. Yaraşıqdı el-obaya Neçə oğlu, qızı, kəndin.

Çiçək açar solu, sağı, Gül ətri var, gül yanağı. Qışda gəlsə bir qonağı, Selə dönər buzu, kəndin.

Yollarına yağsa da qar, Eşqi mənə yollar açar. Dodağımda nəğməsi var, Ürəyimdə izi, kəndin.

Dolansa da il üstən il, Gözdə nurdu, ağızda dil. Xəyalımdan çıxan deyil, Dadı, tamı, duzu, kəndin.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.