Əsas məzmuna keç

Qoşma

Quşlar

Zəlimxan Yaqub

3

Çör-çöpdən özünə dünya yaradıb, Necə mehribandı yuvada quşlar. Göylərin əbədi sakini kimi, Necə havalandı havada quşlar.

Atası, anası təbiət olar, Nəğməyə çevrilər, məhəbbət olar. Yerlə də, göylə də həmsöhbət olar, Çiçəkdə, budaqda, qayada quşlar.

Ölüm amansızdı, nə deyim ona, Bir gün yetişəcək ömrümüz sona. Gəlib məzarımın üstünə qona, Hərdənbir şairi oyada quşlar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.