Əsas məzmuna keç

Heca şeiri

Quş və budaq

Zəlimxan Yaqub

1

Ağac üçün quşların Çəkisi bir tük olmaz. Yuva qurar budaqda, Quş ağaca yük olmaz.

Quşların vətənidir, Çalın-çarpaz budaqlar. Çadırı, sarayıdı, Yaşıl-yaşıl yarpaqlar.

Hər quş öz yuvasını, Dimdiyiylə toxuyur. Qulaq versən, bilərsən, Məhəbbətdən oxuyur.

2004, 7 fevral Almaniya, Bilefild

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.