Əsas məzmuna keç

Qoşma

Qurban, ya rəsul

Məxdumqulu Fəraqi

1

Bu mənim canım sənin yolunda qurban, ya rəsul, Hər nə kim qılsan cəfa, bu cana dərman, ya rəsul. Sevibən, var eyləmişdir səni rəhman, ya rəsul, Qulluğunda intizardır işbu cahan, ya rəsul.

Ol əzabun-narindən olmuş sənin yolun iraq, Özünü gəlmiş xuda firdövsi-əla, həm Buraq, Sən ki gəldin dünyayə, bu aləmə yandı çıraq, Şükrülilla, ta bəyanı oldu cahan, ya rəsul.

Dərd ilə bu ürəyim hər ləhzə ah qıldı neçə, Ahımın dərmanı əvvəl Abdulla, Veysəl xoca, Hər zaman mahi-camalın düşümə girməz gecə, Qalar ol-bu bunca kim canımda ərman, ya rəsul.

Zari-zarı ağlayıban istəyirdim mən səni, Bu zəlillik içrə sən çox qoymagil xara mani, Həm yenə mizan çəkilib, ola məhşərin günü, Çox inancımsan durarsan, ulu divan, ya rəsul.

Aşığa «hu-hu» deyib olğusu mərifət gülü, Bu zəlil biçarənin, bəlkə, sənə yetər əli, Ahü əfğanın sənin kim, yad edib Məxdumqulu, Qəm içində böylə bir bimarü heyran, ya rəsul.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.