Əsas məzmuna keç

Heca şeiri

Qurban olum

Zəlimxan Yaqub

1
(Anaların dilindən)

Hansı ildə doğuldun, İlinə qurban olum. Hansı gündə dil açdın, Dilinə qurban olum.

Sığalıma yatmayan, Qaşın üstə çatmayan, Hələ daraq tutmayan, Telinə qurban olum.

Ay ömrün şirin barı, Yarı, dünyadan yarı. Sındır oyuncaqları, Əlinə qurban olum.

Bax illərə, aylara, Hay verən ol haylara. Baş vur dəli çaylara, Selinə qurban olum.

Torpaq, müqəddəs ana, Hopsun iliyə, qana. Bağlan Azərbaycana, Elinə qurban olum!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.