Əsas məzmuna keç

Qoşma

Qurban

Zəlimxan Yaqub

1

Oxu, bir də oxu, ay Məlik dayı, Bir də de özündən, özünə qurban. “Sarıtel” üstündə orta pərdədə “Ay bulaq” dediyin sözünə qurban.

Odlu nəfəsinlə suya dönər qar, Açılar qəlbində qaynar bir bahar. Azaflı kəndində şeir ocağı var, O sönməz ocağın közünə qurban.

Yaşın yetmiş iki, ürəyin cavan, Hələ çay kimidi damarında qan. Borçalı balası cavan Zəlimxan, Sənin o görməyən gözünə qurban.

1973, 30 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.