Qumam – səhra içində
Güləm, rəng içindəyəm, Seləm, cəng içindəyəm. Sazdan sözə yol gedən, Bir ahəng içindəyəm.
Odam, kül içindəyəm, Rəngəm, tül içindəyəm. Sevgiyə Allah deyən, Bir könül içindəyəm.
Sözəm, səs içindəyəm, Ziləm, pəs içindəyəm. Dünyanı qucaqlayan, Bir həvəs içindəyəm.
Qumam – səhra içində, Dürrəm – dərya içində. Özüm də bir dünyayam, Sirli dünya içində.
2005, 31 dekabr