Əsas məzmuna keç

Qoşabeyt

Qulluğa nökər gələr

Zəlimxan Yaqub

2

Sənin ziyarətinə gəlməmək mümkündürmü?! Təkcə mən yox, bu dünya nazını çəkər gələr.

Orduların önündə dizə çökməz oğullar, Gözəllərin önündə diz üstə çökər gələr.

Pətəyinə, şanına qonan zaman arılar, Dodağından bal süzər, dilindən şəkər gələr.

Sən sevginin şahısan, mən sevginin nökəri, Adətdi şah yanına həmişə nökər gələr.

2003, 3 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.