Əsas məzmuna keç

Qoşma

Qoymaram

Zəlimxan Yaqub

1

Ana Vətən, ana torpaq, ana yer, Duman səni bürüməyə qoymaram. Qara bulud çox döyməsin döşünə, Addım atıb yeriməyə qoymaram.

Nemət olub düzlərində bitərəm, Hər arzuma, istəyimə yetərəm. Daş olsam da, nəğmə deyib ötərəm, Bülbülləri kiriməyə qoymaram.

Həyat üçün deyilməmiş sözüm var, Ürəyimdə zəhmətinə dözüm var. Hər ağacın yarpağında gözüm var, Xəzəl olub çürüməyə qoymaram.

1977, 20 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.