Əsas məzmuna keç

Qoşma

Qoymadı

Aşıq Ələsgər

1

Heç kəs mənim kimi keçib sərindən, Sinəsin oxlara nişan qoymadı. Könül pərvazlandı yarı görməyə, Qar kəsdi yolları, boran qoymadı.

Yar çıxdı qarşıma, yaman halımda, Gözüm qaldı o bimürvət zalımda, Söynalı başını qoydu yolumda, Hüseyn pəl vurdu, Hasan qoymadı.

Ağ çit dizlik geyib göbəsi ala, Gör necə çinləyib qabağa, dala, Əndamın quyruqdu, asta çalxala, Aldı məndən dinü iman qoymadı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.