Qoşma
Seyrə çıxar şairlərin xəyalı, Gəzər yenə bu bağların içində. Qızılgülün yanağından yayınmaz Nəzər yenə bu bağların içində.
Yarpaq saxlar harayını, ününü, Gül əridər qəzəbini, kinini. İnsan olan öz ömrünü, gününü Bəzər yenə bu bağların içində.
Sevər, duyar həqiqəti, doğrunu, Yox eyləyər hər acını, ağrını. Qoca bağban dərdin-qəmin bağrını, Əzər yenə bu bağların içində.
1974, 7 dekabr