Qoşma
Ey könül, ağlama “qəmliyəm” deyə, Gülən gülüb, gülməyənlər güləcək. Vəfası kəm, meydanı gen dünyaya Gələn gəlib, gəlməyənlər gələcək.
Kim nə bilər bu dünyanın yaşını, Dərd yandırıb torpağını, daşını. Çoxu töküb gözlərinin yaşını, Silən silib, silməyənlər siləcək.
Yollar uzun, arzular çox, ömür az, Aşıq, qoyma kökdən düşə telli saz. Ay Zəlimxan, yaxşı yarat, yaxşı yaz, Bilən bilir, bilməyənlər biləcək.
1973, 9 avqust