Qoşma
Elə hey deyirsən şeir yaz mənə, Təpədən dırnağa şeirsən, ay qız. Sənə verən verib bu gözəlliyi, Sevgisən, fərəhsən, xeyirsən, ay qız.
Bozarmaq dumana, çənə yaraşır, Saralmaq sünbülə, dənə yaraşır. Qırmızı geyinmək sənə yaraşır, Yaxşı ki, qırmızı geyirsən, ay qız.
Baxışın ocağın qaralmaz közü, Hüsnünə baxanın nur alır gözü. Sevdiyin kəlməni, dediyin sözü, Lap mənim qəlbimdən deyirsən, ay qız.
1971