Qoşma
Həyatda hər şeyin öz qiyməti var, Qızıl da lazımdır, mis də lazımdır. Biri acılayar, biri yandırar, Alov da lazımdır, his də lazımdır.
Qışın qış yeri var, baharın bahar, Yayda dərman olur qışda yatan qar. Dağlarda azmağın öz aləmi var, Duman da lazımdır, sis də lazımdır.
Nə filə tapdaq ol, nə qarışqa əz, Zəlimxan, hər zaman ayıq başla gəz. Yamansız yaxşının qədri bilinməz, Yaxşının yanında pis də lazımdır.
1971, 2 dekabr