Əsas məzmuna keç

Qoşma

Qoşma

Zəlimxan Yaqub

1

Biryolluq həsrətdən əlim üzülə, Gün kimi üstümə yar işıq sala. Məni barışdıra öz küskünümlə, Təbiət araya barışıq sala.

Tufanlı, hicranlı gün gətirməyə, Qara saçlarıma dən gətirməyə, Duman gətirməyə, çən gətirməyə Onun yağdırdığı qar işıq sala.

Sevinci, kədəri yarıya bölək, Qalsaq bir yaşayaq, ölsək bir ölək. Məni tanrı bilə, özünü mələk, Aşiqi Allahla qarışıq sala!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.