Əsas məzmuna keç

Qoşma

Qoşa qurbanım var

Zəlimxan Yaqub

1

Dumduru çeşməyə dönmək istərəm, Əyilib gözümdən bir içən olsun. İki bəxtəvərlik öpsün gözümdən, Biri günəş olsun, biri çən olsun.

Öyrətdim əlimi xeyir yazmağa, Dəyir yaratmağa, dəyir yazmağa. Gərək söz deməyə, şeir yazmağa, Duru könül olsun, duru can olsun.

Təzənə əriyər telin yolunda, Dağlar qurban gedər selin yolunda. Qoşa qurbanım var elin yolunda, Biri ürək olsun, biri can olsun.

2003, 10 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.