Əsas məzmuna keç

Gəraylı

Qorxu

Zəlimxan Yaqub

1

Məni, solmuş talelərin Saralmış rəngi qorxudur. Xəbərin qara gələni, Gecənin zəngi qorxudur.

Allahı yox “allah”ların, Evlər yıxan silahların, Məni vəhşi tamahların Şiri, pələngi qorxudur.

Yavaş-yavaş əyir məni, Dən-dən udub yeyir məni. Zamanın tərs dəyirmanı, Vaxtın ahəngi qorxudur.

2000, 3 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.