Əsas məzmuna keç

Qoşma

Qorxu

Zəlimxan Yaqub

2

Külək ocağını keçirsə, qorxma, Fələk ocağını keçirəndə qorx. Yağ-balın içinə qatıb ağını, Sənə zəhərini içirəndə qorx.

Söküb sarayları, yıxıb damları, Gözündən keçirib yanan şamları. Gündüzün ən ağır ittihamları, Gecələr yuxunu qaçıranda qorx.

2009, 18 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.