Əsas məzmuna keç

Qoşma

Qoru bu torpağı

Zəlimxan Yaqub

2

Nə dəniz dərindi, nə çay dərindi, Gözdən bircə damla axan yaş qədər. Vətənin ən yüngül bir çöpünü də İtirmək ağırdı bu dağ, daş qədər.

Yeri də, göyü də qucsun qanadlar, Ruhu diri saxla, ölməyə qoyma. Bizim payımızı çox böldü yadlar, Daha bir çöpü də bölməyə qoyma.

Qoru bu torpağı, qurbanın olum, Od kimi, qor kimi, köz kimi qoru. Qoru Yaradandan yadigar qalan, Allahın verdiyi söz kimi qoru.

2007, 5 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.