Qönçə tək lə’lini xəndan etdigin, yə’ni ki, nə?
Qönçə tək lə’lini xəndan etdigin, yə’ni ki, nə? Lalə tək bağrımı pür qan etdigin, yə’ni ki, nə?
Qarə zülfin ağ yüzün üstündə əfşan eyləyib, Könlümi ğəmdən pərişan etdigin, yə’ni ki, nə?
Qılmağ içün tazə hüsnin bağın, ey sərvi-rəvan, Gözümü kuyində giryan etdigin, yə’ni ki, nə?
Tökmək içün qanimi başim kəsib hər dəmbədəm, Şəhsüvarım, əzmi-meydan etdigin, yə’ni ki, nə?
Aşiqin vəsl ilə bir dəm könlüni şad etməyib, Bu xərababadı viran etdigin, yə’ni ki, nə?
Gülşən içrə cilvələnmişsən yenə gəşt etməgə, Can quşun dutmağa seyran etdigin, yə’ni ki, nə?
Bitəvəqqüf hər bəla oxun ki, atsan hər yana, Sən məni qarşuda qalxan etdigin, yə’ni ki, nə?
Gər yüz il kuyində can ver, meyli yox hər dəm sənə, Ey könül, sən munca əfğan etdigin, yə’ni ki, nə?
Ayağın yüzində dirlik istədim mən, öl dedin, Müşkilimni beylə asan etdigin, yə’ni ki, nə?
Dil quşuna daneyi-xal üstə dam etmiş saçın, Yarəb, ani bəndi-zindan etdigin, yə’ni ki, nə?
Çünki qılurdun mana min tövr ilə cövrü cəfa, Eşqini könlümdə mehman etdigin, yə’ni ki, nə?
Arizini zülfiniz birlən hicab edib müdam, Ey günəş, yüzüni pünhan etdigin, yə’ni ki, nə?
Mehr ilə rəhm etməyübən, qəhr birlən öldürüb Bəndəyə lütf ilə ehsan etdigin, yə’ni ki, nə?
İstəmişdin qətlimi, can müjdə verdim mərdana, Gözü könülni peşiman etdigin, yə’ni ki, nə?
Ğönçə gül xəndan olub nərgislə susən bitməgə Arizin bağin gülüstan etdigin, yə’ni ki, nə?
Pərdəsindən kəşf edüb ol vərdi-əhmər yüzini, Bülbüli aləmdə dastan etdigin, yə’ni ki, nə?
Çünki can verməzsən, ey ömrüm, bu cansız cismimə Suyi-lə’lin abi-heyvan etdigin, yə’ni ki, nə?
Vargil, ey badi-səba, ol ənbərəfşan, zülfə de, Bu qəmər dövrində dövran etdigin, yə’ni ki, nə?
İstərəm gəldükcə ğəmdən qurtarasan rəhm edüb Günbəgün dərdim firavan etdigin, yə’ni ki, nə?
Ləşkəri-eşqin çəkib üstümə hər dəm, dilbəra, Xaneyi-könlümni talan etdigin, yə’ni ki, nə?
Xalların filfil, yüzün gül, ləblərin mül, ey snəm, Xətlərini dəstə reyhan etdigin, yə’ni ki, nə?
Bəhrə döndü çövrəniz əşkimdən, ey ayinəru, Göz yaşından böylə ümman etdigin, yə’ni ki, nə?
Seyr edərkən mürği-dil baği-rüxində bənd edüb, Ani dər çahi-zənəxdan etdigin, yə’ni ki, nə?
Çalmaq içün başımı top eyləyib meydan ara, Hav edib zülfini çövkan etdigin, yə’ni ki, nə?
Çünki zülmətdən çıxarmaz könlümi şəm’i-rüxün, Sən anı şəm’i-şəbistan etdigin, yə’ni ki, nə?
Mən gədayə çünki yoxdur rəhmin, ey can, eşqini Könlümün təxtində sultan etdigin, yə’ni ki, nə?
Eydi-yüzinçün, şəha, müjgan oxilən canımı Qaşların yayinə qurban etdigin, yə’ni ki, nə?
Mə’dəni-yüzündə bir höqqə dəxanındır dişin, Ləblərin tərfini mərcan etdigin, yə’ni ki, nə?
Aldı zəmzəm Kə’beyi-vəslin səfasindən gözüm, Tövfi-dil dərdinə dərman etdigin, yə’ni ki, nə?
Hər sütunin qəsri-baği-dildə can miqdarini Nisbəti-hənnanü Mənnan etdigin, yə’ni ki, nə?
Bu Xətayi könlüni, ey nərgisi-cadu nigar, Özünə sehr ilə heyran etdigin, yə’ni ki, nə?
Lüğət: Xəndan – gülən; Pür – dolu; Əfşan – saçan, səpən; Hüsn – gözəllik; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Vəsl – qovuşmaq; Gəşt – gəzinti, gəzmə; Dil – ürək; Dam – tor, tələ; Cövr – zülm; Ariz – yanaq; Hicab – örtük, pərdə, utanma; Müdam – davamlı, həmişə; Mehr – günəş; Qəhr – acıq, kədər; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Abi – həyat – dirilik suyu; Badi – fəna – fəna yeli; Qəmər – ay; Ləşkər – qoşun; Mül – şərab, çaxır; Mürği – hərim – məhrəm quşu; Zənəxdan – çənə çuxuru, buxaq; Şəbistan – yataq otağı, hərəmxana; Höqqə – kiçik qutu; Mənna – mərhəmət; Nigar – sevgili, bəzəkli