Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur
Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur, Sonra yüz lütf ilə könlü açılır, xəndan olur.
Qətreyi-baran ki, bir müddət sədəf həbsin çəkər, Yox ikən qədri, tapıb qiymət düri-qəltan olur.
Danə topraq içrə şiddət çəkdigiçün neçə gün Baş çəkib xərmənlənir, arayişi-bustan olur.
Qəhrdən ikrah edənlər lütfə olmaz müstəhəq, Müstəiddi-dərd olanlar qabili-dərman olur.
Möhnətə səbr eyləyən rahət tapar, çün Yusifə Səltənət təxminin əvvəl payəsi zindan olur.
Gər riza olsa qəzayə, müşkül olmaz hiç hal, Arifə, səbr ilə, hər müşkül ki var, asan olur.
Fe’ldir əsli-rizayi-Həq nə kim, əslü nəsəb, Xaki-fərmanbər bəşər, asi mələk şeytan olur.
Sayiri-məxluqdan bir kimsə olsa pakdil, Əhli-beytin firqəsindən sayılır, Səlman olur.
Xah seyyid, xah ami kam tapmaz biədəb, Fe’li müstəhsən olan, müstövcibi-ehsan olur.
Yüz məşəqqət çəksə, kami-dil tapar əncami-kar, Hər kimin aləmdə mövlası Şəhi-mərdan olur.
Tirə olmaz raströv gər çəksə bəndi-ahənin, Raströv tirü xədəngin ziyvəri peykan olur.
Tabei-fərman edər hökmünə cümlə aləmi, Mürtəza hökmünə hər kim tabei-fərman olur.
Ol şəhənşəh kim, əgər bir murə qılsa iltifat, Mur hökm eylər Süleyman üstünə, sultan olur.
Ol imami-dinü dünya kim, onun düşmənliyi Müşrikin dininə vü dünyasına nöqsan olur.
Daş olur aslan, əgər qəhr ilə qılsa bir nəzər, Hökm qılsa, düsmənin qəsdinə daş aslan olur.
Zərreyi mehri-rüxündən tapsa pərtöv asiman, Asiman üzrə tamam əncüm məhi-taban olur.
Feyzi-lütf ilə əgər insanı etsə tərbiyət, Qədr ilə insan mələknisbət əzimüşşan olur.
Vər mələk həm tapsa eyni-iltifatından nəzər, Əqli-kamil kəsb edib, əlbəttə, bir insan olur.
Lütfü qəhrindən tapar müqbil əta, müdbir cəza, Qət’ü fəsli-həşr üçün ol ləhzə kim, divan olur.
Kövsəri-cənnət onun hökmündədir ol vəch ilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.
Nuh onun sənduqinə kəştitək aparmış pənah, Ehtiyat eylər ki, nagəh bir dəxi tufan olur.
Gərçi Ismailə qurban göydən enmiş qədr içün, Həq bilir, qədr içün Ismail ona qurban olur.
Mö’cizi bir gülşəni-pakizədir kim istəsə, Əndəlib ol gülşənə Davudi-xoşəlhan olur.
Hər kim ixlas ilə xaki-mərqədindən zərreyi Alsa, onunla təbabət eyləsə Loğman olur.
Dusti gər mə’siyət qılsa, olur ğüfranpəzir, Düşməni min taət etsə, mövcibi-üsyan olur.
Sayeyi-lütfü kərəm gər salsa xaki-tirəyə, Cirmi-xaki-tirə rəşki-rövzeyi-rizvan olur.
Əql kim qəvvasi-dəryayi-kəmali-elmdir, Cövhəri-zatın təsəvvür eyləsə, heyran olur.
Fəhm kim, səyyahi-iqlimi-diyari-dərkdir, Vadiyi-idrakini seyr etsə, sərgərdan olur.
Dövri onun alü əshabindən almaz ruzigar, Dövr onundur, devrilən hər necə kim, dövran olur.
Qəsri-vəsfinin binasın qılsa me’mari-xirəd, Izzü cahü dövlətü iqbal dörd ərkan olur.
Ol sipehri-dövlətü iqbaldən yüz döndərər, Dövlətü iqbal hər kimdən ki, rugərdan olur.
Var ümidim feyzi-dövlətdən, Füzuli, kim, müdam Ta dilimdə qüvvəti-nitqü tənimdə can olur,
Dəm uram övsafi-övladi-Əlidən netəkim, Mədhi-övladi-Əli müstövcibi-qüfran olur.
* * * Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül, Sildi mir’ati-zəmiri-pakdən jəngar gül.
Cam dut saqi ki, gülbünlər gül izhar etdilər, Sən dəxi bir gülbüni-rə’nasən, et izhar gül.
Gəldi ol dəm kim, ola izhari-hikmət qılmağa, Inşirahi-sədr ilə sədri-səfi-əzhar gül.
Yetdi il mövsim ki, açmağa könüllər mülküni, Ola gülşəndə rəyahin xeylinə sərdar gül.
Adəm isən bağ seyrin eylə bu mövsimdə kim, Baği rəngü buy ilə qıldı behiştasar gül.
Çarsuyi-bağ seyranı bu gün mərğubdir Kim, şükufə onda sərraf oldu vü əttar gül.
Çıxmış ikən bəzmi-gülşəndən yenə övd eyləyib, Cami-mey andırdı əhli-tövbəyə təkrar gül.
Həbsdən Yusif çıxıb sultanı-Misr olmuş kimi, Oldu, açıb qönçəsin arayişi-gülzar gül.
San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim, Çıxdı ondan daməni-çakilə Yusifvar gül.
Çak olub bulmuş səfa badi-səhərdən sanasan, Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül.
Şəbnəmi-gülzari-rüxsari-rəsulüllahdır, Nəşri-ətrilə qılır hərdəm ona iş’ar gül.
Dürri-şəbnəm saçdı rəngin bərglərdən hər tərəf, Lə’li-xəndan etdi xublar kimi gövhərbar gül.
Surəti-halinə heyran eylədi aqilləri, Açdı irfan əhlinə gəncineyi-əsrar gül.
Səbzə üzrə gəzdirər badi-səba gül bərgini, Sanki səbzə asimandır, kövkəbi-səyyar gül.
Qıldı pünhan qönçənin lə’b ilə gözdən höqqəsin, Bulmaq olmaz hiç rəng ilə, zəhi əyyar gül!
Yüz çevirmiş xardən ayrılmaq istər bisəbəb Mün’imi-nakəs kimi əslindən eylər ar gül.
Xari-qeyrət nola gər sancılsa gülbün bağrına, Ayrılıb ondan olur həmsöhbəti-əğyar gül.
Yeridir odlara yansa həsrət ilə xar kim, Ondan alır ziybü ziynət, qeyrə olur yar gül.
Bivəfalıq adətin tutmuş onunçündür bu kim, Ömrdən olmaz cahan bağında bərxurdar gül.
Qanğı bülbül qanı dutmuş bilməzəm kim, müttəsil Gəh əsiri-xar olur, gəh mübtəlayi-nar gül.
Seyri-bağ etdim səhər, gördüm açıb məcmuəsin, Hifz edib bu mətləi eylərdi istehzar gül:
Aşiq olmuş hüsnünə, ey sərvi-xoşrəftar, gül, Çak-çak etmiş səninçün sineyi-əfgar gül.
Gül nə nisbətdir sənə, səndən ona yüz fərq var, Sən büti-pərdənişinsən, şahidi-bazar gül.
Öylə pünhan eyləmiş köksündə sirri-eşqini Kim, əyağından asarlar eyləməz iqrar gül.
Tutiyayi-çeşm üçün hər sübhdən yollar tutub, Xaki-dərgahın səbadən eylər istifsar gül.
Seyri-gülzar etdigin peyki-səbadan fəhm edib, Gənci-zər qılmış mühəyya, qılmağa iysar gül.
Bərgi-gül sanman ki, rəngin xiştlər cəm eyləmiş, Çəkməyə ol gənci-zər hifzinə bir divar gül.
Ta səriri-səbzəyi dəprətməyə təhriki-bad, Sayəsindən urdu hər lövhinə bir mismar gül.
Hər səhər gülzar lövhində çəkər yüz dairə, Qaliba minqari-bülbüldən alır pərgar gül.
Eyş üçün gəlşən şəbistanın münəvvər qılmağa, Hər ağacdan asdı bir qəndili-pürənvar gül.
Bunca qəndili füruzan eylədi, əmma nə sud, Dudi-dildən qıldı bülbül ruzigarın tar gül.
Dari-dünyayı fəzayi-cənnətə döndərdi, leyk Qönçə kimi bülbülə dünyayı qıldı dar gül.
Bir zəbani-haldır hər yaprağı fəhm etsələr, Pərdədari-xak olanlardan verir əxbar gül.
Bülbüli-zar etdiyi fəryadlər tə’siridir, Bisəbəb xabi-ədəmdən olmamış bidar gül.
Bağiban, sultani-adil dövrüdür, tənbih qıl, Urmasın gülzarə atəş, zülm edib zinhar gül!
Cövr əlilə qönçənin pirahənin çak etməsin, Cünbüşi-namö’tədildən qılsın istiğfar gül.
Yoxsa nagəh surəti-hali olur sultanə ərz, Qəhrə uğrar müqtəzayi-vəz’i-nahəmvar gül.
Ol güli-baği-xilafət kim, bəhari-dövləti Aləməfruz olalı görməz cəfayi-xar gül.
Oldu dövründə həva məhbusi-zindani-hübab, Qaliba görmüş həvadən şəmmeyi azar gül.
Bərgi-gül gəzdirməz oldu məhmili-badi-səba, Həddi yox kim, çəkdirə badi-səbayə bar gül.
Sərsəri-qəhri-cəhansuzindən agah olalı, Açmaz oldu busitani-fineyi-əşrar gül.
Xəlvəti-lütfünədir nuri-dili-mö’min çirağ, Gülşəni-qəhrinədir daği-dili-küffar gül.
Şahi-din Sultan Süleymani-səadətmənd kim, Kəsb edər xülqi-xoşundan nüzhəti-ətvar gül.
Başə salmış mehrini ruzi-əzəldən çərxi-pir, Öylə kim, gülrüxlər eylər ziynəti-dəstar gül.
Inqilabi-dövrdən bulmazdı hərgiz ixtilal, Alsa ondan hökmünə fərmani-istimrar gül.
Zövq bazarında bulmazdı bu rəng ilə rəvac, Etməsəydi nəqşi-möhrün sikkeyi-dinar gül.
Olmaq içün mütribi-bəzmi, dutub bir dairə Ögrənir hər sübh bülbüldən fəni-ədvar gül.
Mətbəxi-cudinə kim, dudinə sünbüldür qulam, Xarkəşlik sən’ətin tutmuş, degil bikar gül.
Qurtulur fəth etdigi kişvər bəlayi-fitnədən Kim, açıldıqda tikəndən ayrılır naçar gül.
Şərh edib susənlərə övsafi-xülqün, gəzdirir Qönçədən hər sübh açıb gülşəndə yüz tumar gül.
Qətreyi-şəbnəmmidir, ya əl açıb sail kimi, Xazini-lütfündən almış lö’löi-şəhvar gül?
Qoymayıb dövründə viran kargahi-gülbüni, Bir ayağ üzrə durub olmuş ona me’mar gül.
Ədli əyyamında şəbnəm sanmanız kim, bülbülün Beyzəsin qoynunda hifz etmiş olub qəmxar gül.
Daməni-pakiylə ol bəhcətfəzayi-mülkdür, Gər cahan bağında cənnət güllərindən var gül.
Vəz’i-aləmdən fələk məqsudi oldu kim, olur Bəsləməkdən xari mənzuri-ülül-əbsar gül.
Qədrinə verməz xələl dünyayə qılmaq iltifat, Ziybü ziynət verdigiçün xarə olmaz xar gül.
Meyvə ol sultani-adildir nihali-dövlətə, Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül.
Nola gər sabiqlər oldisə fəna, oldur qərəz, Meyvə göstərdikdə tökmək rəsmdir əşcar gül.
Qıl, Füzuli, mədhin ol şahın ki, baği-mədhinin Bülbülü olurdu, bulsa qüdrəti-göftar gül.
Gərçi yoxdur e’tibarın, mədhin et izhar kim, Adəti-dövri-zəmandır xarə vermək bar gül.
Var ümidim necə kim rəsmi-mədari-dəhrdir, İldə bir gəz aləmə ərz eyləmək didar gül.
* * *
Lüğət: Dəhr – zaman, dünya, aləm; Xəndan – gülən; açılmış; Baran – yağış; Qədr – dəyər, qiymət, məziyyət; Arayiş – zinət, bəzək; İkrah – iyrənmək; Qabil – qabiliyyətli, ağıllı; Payə – mərtəbə; Xaki – tirə – qara torpaq; Əhli – raz – sirr əhli, sirdaş; Beyt – ev; şerin iki misrası; Xah – naxah – istər-istəməz; Müstəhsən – bəyənilmiş, gözəl; Dil – ürək; Tirə – qaranlıq; Xədəngi – xunriz – qantökən ox; Peykan – oxun ucundakı dəmir; Mur – qarışqa; Əncüm – ulduzlar; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Taban – parlaq; Müqbil – taleli; Əta – bəxşiş; Müdbir – talesiz, bədbəxt; Vəch – üz; məbləğ; Əndəlib – bülbül; Cirmi – xaki-tirə rəşki-rövzeyi-rizvan olur – qara torpaq, behişti qısqandırar, ondan üstün olar; Rəşki – cinan – cənnətdən gözəl; Rizvan – behiştin xəzinəsi, cənnət; Dəryayi – təhəyyür – heyrət dənizi; Vadiyi – ğəm – qəm səhrası; Xirəd – ağıl; Sipehr – göy, səma; Rugərdan – üz döndərən; Can – ruh, bədən; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Övsafi – lətafət – gözəlliyin tərifi P; Rüxsar – yanaq S; Zəmir – ürək, könül; Gülbün – gül budağı; Sədri – səfi-əzhar – çiçəklər səfinin başçısı; Əzhar – çiçəklər; Rəyahin – reyhanlar, çiçəklər; Buy – qoxu; Mərğub – rəğbətli, yaxşı; Şükufə – çiçək; Cami – xoşgüvar – ləzzətli şərab; Dərbəstə – qapısı bağlı; Damən – ətək; Gövhərbar – gövhər yağdıran; Gəncineyi – raz – sirr xəzinəsi; Əsrar – sirlər; Bərg – yarpaq; Kövkəb – ulduz; Pünhan – gizli; Xar – çox möhkəm daş, mərmər daşı; Qanğı – hansı; Qanı – hanı; Əfgar – pərişan; yaralı; Fərq – baş; Şahid – gözəl; şəhadət verən; İstifsar – soruşmaq; Gənc – xəzinə; Bərgi – səmən – yasəmən yarpağı; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Minqar – dimdik; Şəbistan – yataq otağı; Sud – fayda; Dudi – dil – ürək tüstüsü, ah; Tar – qaranlıq; Dari – bəqa – axirət evi; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Dar – bina, ev; Zəban – dil; Xak – torpaq; Zar – sızıldayan, ağlar, zəif; Ədəm – yoxluq; Bidar – zülm, təcavüz; Zinhar – saqın; Pirahən – köynək; Cünbüş – hərəkət; Müqtəzayi – vəz’i-nahəmvar – uyğun olmayan vəziyyətin tələbinə görə; Güli – rə’na – qırmızı rəna çiçəyi; Aləməfruz – dünyanı işıqlandıran; Məhmil – dəvənin üstündə iki adamlıq kəcavə; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Sərsəri – qəhri-cahansuz – dünyanı yandıran acıq küləyi; Dili – tirə – qaranlıq könül, tutqun könül; Daği – dil – ürək dağı; Xülq – təbiət; Nüzhəti – ətvar – pak davranış Ö; Ruzi – həşr – məhşər günü; Çərxi – çənbəri – dairəvi səma; Dəstar – çalma, baş sarığı; Hərgiz – heç zaman, əsla; İstimrar – cəfaya dözmək; Ədvar – dövrlər, zəmanələr, musiqi istilahı; Kişvər – ölkə, məmləkət; Mar – ilan; Bəhcətfəzayi – mülk – ölkənin gözəlliyini, rövnəqini artıran; Mənzur – nəzər olunan, baxılan; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Əşcar – ağaclar; Gəz – dəfə, arşın; Didar – üz, camal, görüş