Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur
Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur, Sonra yüz lütf ilə könlü açılır, xəndan olur.
Qətreyi-baran ki, bir müddət sədəf həbsin çəkər, Yox ikən qədri, tapıb qiymət düri-qəltan olur.
Danə topraq içrə şiddət çəkdigiçün neçə gün Baş çəkib xərmənlənir, arayişi-bustan olur.
Qəhrdən ikrah edənlər lütfə olmaz müstəhəq, Müstəiddi-dərd olanlar qabili-dərman olur.
Möhnətə səbr eyləyən rahət tapar, çün Yusifə Səltənət təxminin əvvəl payəsi zindan olur.
Gər riza olsa qəzayə, müşkül olmaz hiç hal, Arifə, səbr ilə, hər müşkül ki var, asan olur.
Fe’ldir əsli-rizayi-Həq nə kim, əslü nəsəb, Xaki-fərmanbər bəşər, asi mələk şeytan olur.
Sayiri-məxluqdan bir kimsə olsa pakdil, Əhli-beytin firqəsindən sayılır, Səlman olur.
Xah seyyid, xah ami kam tapmaz biədəb, Fe’li müstəhsən olan, müstövcibi-ehsan olur.
Yüz məşəqqət çəksə, kami-dil tapar əncami-kar, Hər kimin aləmdə mövlası Şəhi-mərdan olur.
Tirə olmaz raströv gər çəksə bəndi-ahənin, Raströv tirü xədəngin ziyvəri peykan olur.
Tabei-fərman edər hökmünə cümlə aləmi, Mürtəza hökmünə hər kim tabei-fərman olur.
Ol şəhənşəh kim, əgər bir murə qılsa iltifat, Mur hökm eylər Süleyman üstünə, sultan olur.
Ol imami-dinü dünya kim, onun düşmənliyi Müşrikin dininə vü dünyasına nöqsan olur.
Daş olur aslan, əgər qəhr ilə qılsa bir nəzər, Hökm qılsa, düsmənin qəsdinə daş aslan olur.
Zərreyi mehri-rüxündən tapsa pərtöv asiman, Asiman üzrə tamam əncüm məhi-taban olur.
Feyzi-lütf ilə əgər insanı etsə tərbiyət, Qədr ilə insan mələknisbət əzimüşşan olur.
Vər mələk həm tapsa eyni-iltifatından nəzər, Əqli-kamil kəsb edib, əlbəttə, bir insan olur.
Lütfü qəhrindən tapar müqbil əta, müdbir cəza, Qət’ü fəsli-həşr üçün ol ləhzə kim, divan olur.
Kövsəri-cənnət onun hökmündədir ol vəch ilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.
Nuh onun sənduqinə kəştitək aparmış pənah, Ehtiyat eylər ki, nagəh bir dəxi tufan olur.
Gərçi Ismailə qurban göydən enmiş qədr içün, Həq bilir, qədr içün Ismail ona qurban olur.
Mö’cizi bir gülşəni-pakizədir kim istəsə, Əndəlib ol gülşənə Davudi-xoşəlhan olur.
Hər kim ixlas ilə xaki-mərqədindən zərreyi Alsa, onunla təbabət eyləsə Loğman olur.
Dusti gər mə’siyət qılsa, olur ğüfranpəzir, Düşməni min taət etsə, mövcibi-üsyan olur.
Sayeyi-lütfü kərəm gər salsa xaki-tirəyə, Cirmi-xaki-tirə rəşki-rövzeyi-rizvan olur.
Əql kim qəvvasi-dəryayi-kəmali-elmdir, Cövhəri-zatın təsəvvür eyləsə, heyran olur.
Fəhm kim, səyyahi-iqlimi-diyari-dərkdir, Vadiyi-idrakini seyr etsə, sərgərdan olur.
Dövri onun alü əshabindən almaz ruzigar, Dövr onundur, devrilən hər necə kim, dövran olur.
Qəsri-vəsfinin binasın qılsa me’mari-xirəd, Izzü cahü dövlətü iqbal dörd ərkan olur.
Ol sipehri-dövlətü iqbaldən yüz döndərər, Dövlətü iqbal hər kimdən ki, rugərdan olur.
Var ümidim feyzi-dövlətdən, Füzuli, kim, müdam Ta dilimdə qüvvəti-nitqü tənimdə can olur,
Dəm uram övsafi-övladi-Əlidən netəkim, Mədhi-övladi-Əli müstövcibi-qüfran olur.
* * *
Lüğət: Dəhr – zaman, dünya, aləm; Xəndan – gülən; açılmış; Baran – yağış; Qədr – dəyər, qiymət, məziyyət; Arayiş – zinət, bəzək; İkrah – iyrənmək; Qabil – qabiliyyətli, ağıllı; Payə – mərtəbə; Xaki – tirə – qara torpaq; Əhli – raz – sirr əhli, sirdaş; Beyt – ev; şerin iki misrası; Xah – naxah – istər-istəməz; Müstəhsən – bəyənilmiş, gözəl; Dil – ürək; Tirə – qaranlıq; Xədəngi – xunriz – qantökən ox; Peykan – oxun ucundakı dəmir; Mur – qarışqa; Əncüm – ulduzlar; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Taban – parlaq; Müqbil – taleli; Əta – bəxşiş; Müdbir – talesiz, bədbəxt; Vəch – üz; məbləğ; Əndəlib – bülbül; Cirmi – xaki-tirə rəşki-rövzeyi-rizvan olur – qara torpaq, behişti qısqandırar, ondan üstün olar; Rəşki – cinan – cənnətdən gözəl; Rizvan – behiştin xəzinəsi, cənnət; Dəryayi – təhəyyür – heyrət dənizi; Vadiyi – ğəm – qəm səhrası; Xirəd – ağıl; Sipehr – göy, səma; Rugərdan – üz döndərən; Can – ruh, bədən; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Övsafi – lətafət – gözəlliyin tərifi P