Əsas məzmuna keç

Qoşma

Qohumluq

Zəlimxan Yaqub

1

Ömrümdə yaşatdım çox ömürləri, Ömür qohumuyam, gün qohumuyam. Dəndən işıq aldım, sünbüldən maya, Dolu sünbüllərin dən qohumuyam.

Nuru gəz, axtarma dumanı məndə, Gəzmə şər-böhtanı, yamanı məndə. Ulu dədələrin imanı məndə, İman qohumuyam, din qohumuyam.

Allah xoş saatda üzümə baxdı, Düz oğlu düzlərin dayağı Haqdı. Qanı qarışıqlar məndən uzaqdı, Qanı təmizlərin qan qohumuyam.

2005, 15 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.