Əsas məzmuna keç

Qoşma

Qohum bildik, qoyduq adam yerinə

Aşıq Ələsgər

1

Qohum bildik, qoyduq adam yerinə, Xələt verdik, gəl Bəşirin toyuna. Qaçdınız pünhanda daldalandınız, Lənət müxənnətin əsli-soyuna.

Müxənnətlər vədə verdi, gəlmədi, Qəza qəhr eylədi, iş düzəlmədi. Bic sövdəyar xırda heyvan almadı, Öküz getdi, cöngə getmir boyuna.

Ağıllılar belə qoydu şuruti;. Pulu bacarmayan göndərsin çiti. Xaloğlu Qəfərdi gəllədar iti, Kəm salın başına, getsin qoyuna.

Sən niyə gəlmədin, bəs, İmamalı?! Dağıtdın ölkəni, yıxdın mahalı; Səni də aldatdı dünyanın malı, Zəhər Qələndərin pencər payına.

Qara Cəfər irəşbərdi, ustadı, Çıxıbdı hər yerdə söylənir adı, Kasıbdı, məzlumdu, yoxdu bir zadı, Hayıf zəhmətinə, haqqı-sayına!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.