Əsas məzmuna keç

Heca şeiri

Qocanın şikayəti

Zəlimxan Yaqub

1

Cavanlıqla qocalıq, O getməmiş bu gəldi. Gözlərim yalan oldu, Ciyərimdən su gəldi.

Düçar oldum naşıyla, Zaman döydü daşıyla. Gözlərimin yaşıyla Cənazəmi yu, gəldi.

Nə iştah var, nə də aş, Yaş üstünə gəldi yaş. Gün batdı yavaş-yavaş, Ömrün qürubu gəldi.

Yalta, 2010, 19 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.