Əsas məzmuna keç

Qoşma

Qocalma

Zəlimxan Yaqub

1

Dastan söylə, Abbas çatsın Gülgəzə, Nağıl danış, göydən düşsün üç alma. Bayatı çək, dirilik ver hər sözə, Anam mənim, belə vaxtsız qocalma!

İnsafdırmı oğul yetir, qız yetir, Cavanlaşıb öz barından güc alma. Bir doyunca bu dünyaya göz yetir, Anam mənim, belə vaxtsız qocalma!

Ocağımız nəfəsinlə qalansın, Ayrılığın karvanında köç olma. Gül ömrünə gözəl günlər calansın, Anam mənim, belə vaxtsız qocalma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.