Qocalırıq
Yanaqlar qızarır yaş çoxalanda, Titrəyir yollarda diz, qocalırıq. Bəzən səs veririk əbədiyyətə, Bəzən də qoymuruq iz, qocalırıq.
Hanı o cavanlıq, dağları dələ, Yüz əlləş, keçən gün gələrmi ələ. Enişi, yoxuşu demirəm hələ, Yoranda baldırı düz, qocalırıq.
Təbiət heç nəyi heç kəsdən almır, Könül çalmadığı bir hava qalmır. Bəs bu nədəndir ki, dünya qocalmır, Həmişə dünyada biz qocalırıq.
1971, 18 sentyabr