Qocalıq
İllər keçdi, körpələrin, Körpəlikdən əli çıxdı. Vaxt dolandı, gənclik adlı Meydana bir dəli çıxdı.
Sevincdən qalmadı nişan, Sərnidi qaynayıb-daşan. Yaxamızdan bərk yapışan Ölüm adlı zəli çıxdı.
Görən gözmüş, vuran əlmiş, Nərəsi dağları dəlmiş. Gəncliyimiz nə gözəlmiş, Qocalıq gülməli çıxdı.
2000, 5 sentyabr