Qoca dünya
Dolanır həftələr, günlər, Ötən ayların içində. Bulaqlar gəlir görüşür, Dəli çayların içində.
Vaxt yetişdi, vədə yetdi, Etdiyini zaman etdi. Kimlər gəldi, kimlər getdi, Saysız sayların içində.
Baxmır toxa, aca dünya, Baxmır taxta-taca dünya. Dövr eyləyir qoca dünya, Gələn toyların içində, Gedən vayların içində.
2006, 21 avqust