Əsas məzmuna keç

Qoşma

Qızlar

Zəlimxan Yaqub

1

Ruhunuz nə incə, qəlbiniz nə saf, Eşqiniz nə təmiz, nə tərdi, qızlar. Gözəlsiz təbiət, sevgisiz ürək, Körpəsiz beşikdən betərdi, qızlar.

Sizsiz kim çəkərdi ömrün nazını, Unuda bilməzdi könül yasını. Dünya itirərdi öz dünyasını, Həyatdan bir həyat itərdi, qızlar.

Saldı gözləriniz üstümə saya, Həsəd aparmadım ulduza, Aya. Günəş doğmasa da, bütün dünyaya Sizdəki gözəllik yetərdi, qızlar.

1976, 9 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.