Əsas məzmuna keç

Qoşma

Qızdır bu dünya

Məxdumqulu Fəraqi

1

Nəsihətim budur, bəyan eyləsəm, Cilvəli, pakizə qızdır bu dünya. Şikayətin deyib, əyan eyləsəm, Aləmə aşkara sözdür bu dünya.

Dəccal xüruc edib çıxar şikara, Namazxanlar tez yetişər didara, Binamaz üzünə çəkiblər qara, Otuzda, qırx beşdə aldı bu dünya.

Neçələr qan ağlar, ötər zülmətdən, Müvəkkil fəriştə keçər siratdan, Heç bir fayda gəlməz pirdən, ustaddan, Doğru-yalanını bildi bu dünya.

Xudanın əzizi həzrəti Musa, Ot yedi, su içdi, əlində əsa, Bibi Məryəm oğlu həzrəti İsa, Onu qırx il padşah qıldı bu dünya.

Bu dünyada beş gün sağü var olsan, Niyyəti qısılan, feli dar olsan, Yoxsulluqdan cana doyub zar olsan, Mərdi namərdə zar qıldı bu dünya.

Neçələri cəfa ilə möhnətdə, Neçələri qayğı ilə külfətdə, Namazxona qırx fəriştə xidmətdə, İşrəti sizə dar etdi bu dünya.

Ol siratda qanadların qayrılar, Neçələr keçəmməz, boynu burular, Bundan düz keçənlər behiştə girər, Bu könüldən qəmi aldı bu dünya.

Neçələri ağlar, həm bağrı qandır, Keçməyən, saralıb duranlar kandır,

Burda olan işlər tamam pünhandır, Pünhanını aşkar etdi bu dünya.

Məxdumqulu sözü tükənməz əda, Əcələ fərq etməz şah ilə gəda, Altmış üçdə ötdü peyğəmbər-xuda, Oları oğulsız qıldı bu dünya.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.