Əsas məzmuna keç

Qoşma

Qıymasın

Zəlimxan Yaqub

1
Sevimli şairimiz Hüseyn Arifin oğlu Arifin vaxtsız vəfatı münasibəti ilə

Keçən günlər belə keçdi, ay ustad, Qoy təbiət gələn yaza qıymasın. Yüksəklərdə qanad çalan qartala, Qarlı zirvə, əngin fəza qıymasın.

Bülbülə dön, min budaqda öt indi, Elə dayan, ellər desin mətindi. Kökdən düşsə düzəlməyi çətindi, Qara xəbər telli saza qıymasın.

Bir könüldə açılsa da bahar, yaz, Həsrət evə, qəm qapıya sığışmaz. Şeirimizin Hüseyni azdır, az, Vaxtsız əcəl bir də aza qıymasın.

1976, 11 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.