Əsas məzmuna keç

Qoşma

Qiylü-qal olar

Məxdumqulu Fəraqi

1

Bir kişinin iki olsa əyalı, Gecə-gündüz işi qiylü-qal olar. Hər birinin vardır yüz min xəyalı, Ovqat sürüb, görəcəyi hal olar.

Birin söyüb, birin eyləsə naçar, Elə rüsvay olub, öz aybın açar, Ağlı heyran olub, varından keçər, Tən tutmasa yarın, bikamal olar.

Gahi bülbül kimi oxur dilləri, Tamaşaya hazır edər elləri, Gahi yer yumruqlar, gahi külləri, Ərin görə bilsə, dilsiz lal olar.

Qəhr eyləyib, gəlməz olsa yanına, Söz deməsə hər birinin şanına, Belə ər qoşulmaz adam sanına, İki xatın, bir ər – üç əyal olar.

Məxdumqulu, kimsə bilməz batini, Evlənsəniz, baxıb alın zatını, Yiyəm görkəzməsin yaman xatını, Adam özün bilməz, xam xəyal olar.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.