Əsas məzmuna keç

Qoşma

Qiyamət gününün nişanəsiyəm

Zəlimxan Yaqub

1

Bir səs qulağıma “hardasan?” – dedi, “Ey səsin sahibi, burdayam”, – dedim. Torpaqda açılan güldə, çiçəkdə, Göylərdə alışan nurdayam, – dedim.

Yerin damarında, göyün tağında, Qəlbin işığında, gözün yağında, Həzrət Məhəmmədlə Həra dağında, Həzrət Musa ilə Turdayam, – dedim.

Sevincin ziliyəm, dərdin pəsiyəm. Nahaqqın harayı, haqqın səsiyəm. Qiyamət gününün nişanəsiyəm, İsrafil çaldığı surdayam, – dedim.

2007, 11 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.